Qurban Yetirmişli: “Gələn il Qarabağda 4 seysmik stansiya quraşdırılacaq”

Qurban Yetirmişli: “Gələn il Qarabağda 4 seysmik stansiya quraşdırılacaq”

Hazırda oxunan: Qurban Yetirmişli: “Gələn il Qarabağda 4 seysmik stansiya quraşdırılacaq”

52380

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) seysmik stansiyaların rəhbərlərinin illik hesabat iclası keçirilib.

Mərkəzin informasiya şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, iclasda çıxış edən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli 2021-ci ildə mərkəzdə aparılmış kompleks seysmoloji-geofiziki tədqiqatlar və əldə olunmuş nəticələr, beynəlxalq seysmoloji təşkilatlar və xarici ölkələrin seysmoloji mərkəzləri ilə əməkdaşlıq, eləcə də bu il beynəlxalq qrant layihəsi çərçivəsində ölkəmizə gətirilən 22 ədəd seysmik stansiyalar və onların quraşdırılması haqqında danışıb.

Baş direktor, həmçinin işğaldan azad olunmuş rayonlarımızda quraşdırılacaq yeni seysmik stansiyalarla bağlı da fikirlərini açıqlayıb.

Onun sözlərinə görə, işğaldan azad olunmuş rayonlarda və Qarabağda 10 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulub. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə mina təhlükəsi ilə bağlı problemlər tam aradan qalxmadığına görə bu istiqamətdə işlərin bir qədər ləngidiyini qeyd edən Qurban Yetirmişli gələn il Qarabağda dörd seysmik stansiyanın quraşdırılmasının nəzərdə tutulduğunu, həmin stansiyalardan birinin qardaş Türkiyə Respublikası tərəfindən veriləcəyini deyib.

Həmçinin o, çıxışında respublikanın ayrı-ayrı bölgələrində yerləşən seysmik stansiyaların əməkdaşlarının qarşıda duran vəzifələri və təşkilatdaxili digər məsələlərə də toxunub.
Qeyd edək ki, illik hesabat iclasından sonra seysmik stansiyaların əməkdaşlarına yeni cihazların iş prinsipi və digər texniki məsələlərə dair treninq keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO