Əməkdar artist Gülüstan Əliyeva daha bir qalmaqalla gündəmə gəlib.
Aktrisanın qardaşı Azər "Səni axtarıram” verilişinə çıxaraq bacısından ev istədiyini, lakin G. Əliyevanın onu saymadığını, zənglərinə cavab vermədiyini bildirib.
"Zəng edib danışmışam, ondan kömək istəmişəm. O da dedi kömək edəcəyəm. Amma dörd ay keçib, xəbər yoxdur. Zəngimə də cavab vermir”.
Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı məsələ ilə bağlı bu sözləri deyib:
"Bacısından ev istəmək üçün Bakıya gəlib. Bacısı da Amerikada idi. Amerikadan gəlib, amma yoxdu, heç səni vecinə də almadı. Ən azından qardaşını çağırıb maraqlanardı da. Bilirsiniz mən bu oğlana niyə inanıram? Mənə elə şeylər danışdı ki… Elə məsələlər var ki, burada açıb demək istəmirəm. O şəkillərdən birini görsəniz, şok olarsınız.Ona görə də açmıram. 3 gündür bu qadına zəng edirəm. Axırda dünən bacısına zəng edib dedim ki, bu maraqlansınlar”.
Verilişin qonaqları isə Azərə deyiblər ki, sağlam adamdır, gedib işləyib pul qazansın və evi özü alsın.
Primetime.az

