Bu il Azərbaycana 81 min avtomobil gətirilib

Bu il Azərbaycana 81 min avtomobil gətirilib

Hazırda oxunan: Bu il Azərbaycana 81 min avtomobil gətirilib

52008

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 81 726 avtomobil idxal edib.

Bizim.Media Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,47 faiz çoxdur.

Hesabat dövründə idxal olunan avtomobillərin 76 348-i minik avtomobili olub.

Azərbaycan bu ilin on bir ayı ərzində 10 və daha çox sərnişintutumlu 213 avtomobil, 153 elektromobil və 11 464 hibrid avtomobil idxal edib. Yanvar-noyabr aylarında idxal olunan yük avtomobillərinin 5 024 ədəd təşkil edib.
Qeyd edək ki, ümumlikdə 835,376 milyon dollar məbləğində avtomobil idxal edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO