Bu il arvadları tərəfindən döyülən kişilərin sayı açıqlandı

Bu il arvadları tərəfindən döyülən kişilərin sayı açıqlandı

Hazırda oxunan: Bu il arvadları tərəfindən döyülən kişilərin sayı açıqlandı

51975

Bu il məişət zorakılığına məruz qalma faktı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı açıqlanıb.

Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, məişət zorakılığına məruz qalma ilə bağlı müraciət edənlər arasında qadınlar üstünlük təşkil edir.

Amma bununla yanaşı, həm məişət zorakılığı faktı ilə bağlı, həm də sırf özünün məişət zorakılığına məruz qaldığı üçün müraciət edən kişilər də var.
 

MÖVZU İLƏ BAĞLI:

300-dən çox qadın KİŞİLƏRİ DÖYDÜYÜ üçün həbs olunub – Azərbaycanda kişi sığınacaqları niyə yoxdur?


Qeyd olunub ki, 2021-ci ilin 10 dekabr tarixinə məişət zorakılığı ilə bağlı rəsmi ərizə əsasında komitəyə 340 müraciət daxil olub:

"860 Gender - əsaslı zorakılıqla bağlı Qaynar Xəttə məişət zorakılığı ilə bağlı carı ilin yanvar ayından dekabr ayına qədər 405 müraciət daxil olub. Bunlardan məişət zorakılığına məruz qalmış 42 kişi müraciət edib. Bu rəqəm sırf məişət zorakılığına məruz qalan kişilərə aiddir".

Həmçinin bildirilib ki, Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinə il ərzində 27 məişət zorakılığı, 92 ailə münaqişəsi və 22 qadına qarşı zorakılıq faktı ilə bağlı müraciət daxil olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO