Türk dövlətləri arasında kosmik sahə üzrə əməkdaşlıq SƏNƏDİ İMZALANDI - FOTO

Türk dövlətləri arasında kosmik sahə üzrə əməkdaşlıq SƏNƏDİ İMZALANDI - FOTO

Hazırda oxunan: Türk dövlətləri arasında kosmik sahə üzrə əməkdaşlıq SƏNƏDİ İMZALANDI - FOTO

51616

Bakıda türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının birinci işgüzar toplantısı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos”un təşkilatçılığı ilə baş tutub.
 

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin iştirakı keçirilən toplantıda əsas məqsəd türk dövlətləri arasında kosmik sahədə müştərək layihələri dəstəkləmək və qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olub.


Toplantıda Türkiyənin Kosmik Agentliyi, Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin Aerokosmik Komitəsi, Özbəkistanın Nazirlər Kabineti yanında Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyi, Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi, Türkmənistanın Sənaye və Rabitə Nazirliyi və Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin Kosmik tədqiqatlar şöbəsinin rəsmi nümayəndələri iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Türk Dövlətləri Təşkilatı vahid ordu yaratmağa doğru – “2040 Vizyonu” nədən xəbər verir?


Tədbirdə qonaqlara 2023-cü ildə paytaxtımızda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycan, xüsusilə regionda kosmik sahənin inkişafına stimul olacağı bildirilib və görüş vasitəsilə türk dövlətlərinin kosmik ictimaiyyəti Bakıda keçiriləcək konqresə dəvət olunub.
 

Daha sonra toplantı çərçivəsində dünyanın kosmik sahəsinin dinamik inkişafı fonunda türk ölkələrində bu sahənin inkişafı, birgə fəaliyyətin gücləndirilməsi, türk kosmik agentlikləri ilə təcrübə mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər müzakirə edilib.


Toplantı Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin nümayəndələrinin aktiv çıxışları və diskussiyaları ilə davam edib.

Tədbirin sonunda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin nümayəndələrinin iştirakı ilə kosmik sahə üzrə birgə əməkdaşlığın inkişafına dair rəsmi sənəd imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO