Bu məhsullar 5 il müddətinə vergidən AZAD EDİLİR - Dəyişiklik təsdiqləndi

Bu məhsullar 5 il müddətinə vergidən AZAD EDİLİR - Dəyişiklik təsdiqləndi

Hazırda oxunan: Bu məhsullar 5 il müddətinə vergidən AZAD EDİLİR - Dəyişiklik təsdiqləndi

51588

Azərbaycana fərdi qoruyucu zirehli geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 5 il müddətinə vergidən azad edilir.

Bizim.Media-nın məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə və "Gömrük tarifi haqqında" qanuna təklif olunan əlavələrdə öz əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

İşsizlikdən sığorta haqqı 5 dəfə ARTIRILIR


Beləliklə, Məcəlləyə və qanuna əlavə olunan yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 15 oktyabr 2021-ci ildən 15 oktyabr 2026-cı ilə qədər vergidən azad edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO