Azərbaycanda mənzil-kommunal təsərrüfatı sahəsi ləğv oluna bilər

Azərbaycanda mənzil-kommunal təsərrüfatı sahəsi ləğv oluna bilər

Hazırda oxunan: Azərbaycanda mənzil-kommunal təsərrüfatı sahəsi ləğv oluna bilər

51557

2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil-kommunal istismar sahələrinin (MKİS) ləğvi yer alıb.

Bizim.Media-nın məlumatına görə, bunu "Azərbaycan Respublikasında milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin 2017-2021-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatına dair mətbuat konfransında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, yeni strategiyada mənzil-kommunal təsərrüfatının islahatı ilə bağlı məsələlər nəzərdə tutulub.

"Bu proses mərhələli şəkildə icra olunacaq. Hazırda dövlət strukturları strategiyanı müzakirə edir. Ümumi şəkildə deyə bilərəm ki, yeni strategiya dayanıqlı islahatları nəzərdə tutur", - V. Qasımlı deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO