Sahil Babayev:

Sahil Babayev: "Maaş artımı 1 milyona yaxın insanı əhatə edəcək"

Hazırda oxunan: Sahil Babayev: "Maaş artımı 1 milyona yaxın insanı əhatə edəcək"

0:00
0:00
51200

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Kollegiya iclası keçirilib.

Bizim.Media xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamlarla minimum əməkhaqqı gələn ilin əvvəlindən 250 manatdan 300 manata çatdırılır, bu artım 800 min işçinin maaşının artması deməkdir. 

Həmçinin, dövlət ümumi və peşə təhsili müəssisələrində çalışan 165 min işçinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işləyən 4 min nəfərin də maaşı artırıldı.

Yəni, bu gün imzalanan sərəncamlar ümumən 1 milyona yaxın insanın sosial rifahına dəstəkdir.

S.Babayev vurğulayıb ki, ölkəmzidə son 4 ildə sosial ödənişlərdə baş verən ciddi artımların mühüm bir istiqaməti əməkhaqları ilə bağlıdır. Hazırkı artım da nəzərə alındıqda minimum əməkhaqqında artım bu dövrdə 2,3 dəfə təşkil edib. Habelə orta aylıq əməkhaqqında 37%, median əməkhaqqında 74% artım olub.

Qeyd olunub ki, əmək müqavilələrinin sayı da son 4 ildə 30% artıb.

Bütün bu müsbət proseslər nəticədə son 4 ildə əməkhaqqı fondunda da 92% artıma imkan verib və bu göstərici gələn il daha da artacaq.

Ümumilikdə Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli sərəncamı ölkəmizdə sosial islahatların yeni mərhələsinə başlanmasına təminat yaradıb. İslahatların yeni mərhələsi 2,1 milyondan çox şəxsi əhatə edəcək və bu islahat mərhələsi üçün illik əlavə 1,5 milyard manat vəsait də nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO