Dekabrın 15-də Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,04% artaraq 1 782,9 ABŞ dollarına bərabər olub.
Bu barədə Bizim.Media birja məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, dekabrın 15-də COMEX-də gümüşün bir unsiyasının qiyməti 2,76% artaraq 22,14 dollar təşkil edib.
Qeyd edək ki, qızılın qiymətinin artımı ABŞ-ın maliyyə requlyatoru FED-in pandemiya ilə bağlı stimullaşdırıcı tədbirləri 2022-ci ilin mart ayında dayandıracağı barədə açıqlamasının dollara azaldıcı təsir göstərməsi fonunda baş verib.
FED bundan əlavə bildirib ki, ABŞ-da inflyasiya hədəf çərçivəsində qalıb və faiz dərəcələrinin gələn ilin sonuna 3/4 faiz dərəcəsi səviyyəsində artımına yol açıb.
Xatırladaq ki, FED-in proqnozlarına görə, 2022-ci ildə ABŞ-da inflyasiya 2,6% olacaq, bu da ötən sentyabr proqnozu ilə müqayisədə 0,4 faiz bəndi çoxdur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
09:58 / 16.12.2021
Qızıl bahalaşdı - FED-in açıqlaması səbəb olub?
Hazırda oxunan: Qızıl bahalaşdı - FED-in açıqlaması səbəb olub?
Hazırda oxunan: Qızıl bahalaşdı - FED-in açıqlaması səbəb olub?
50910
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.