"ƏDV geri al" layihəsi ilə bağlı YENİLİK OLACAQ

Hazırda oxunan: "ƏDV geri al" layihəsi ilə bağlı YENİLİK OLACAQ

50883

Gələn ildən etibarən ƏDV-nin geri qaytarılması nəzərdə tutulan mal, iş və xidmətlərin əhatə dairəsi genişlənəcək.

Bizim.Media xəbər verir ki, Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərə əsasən, tibbi xidmətlərin alışı zamanı ƏDV-nin bir hissəsi istehlakçılara geri ödəniləcək.

Bu məqsədlə tibb müəssisələrində məcburi olaraq onlayn nəzarət-kassa aparatları tətbiq ediləcək. 

Eyni zamanda növbəti ildən alkoqollu içkilərin və tütün məmulatların, eləcə də avtomobillərə görə ödənilən ƏDV-nin qaytarılması dayandırılacaq.

Qeyd edək ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO