Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq genişləndiriləcək - Ər-Riyadda vacib iclas - FOTO

Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq genişləndiriləcək - Ər-Riyadda vacib iclas - FOTO

Hazırda oxunan: Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq genişləndiriləcək - Ər-Riyadda vacib iclas - FOTO

0:00
0:00
50880

Ər-Riyad şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı Müştərək Komissiyanın 6-cı iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclasdan əvvəl komissiyanın həmsədrləri, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin arasında görüş olub.

Müştərək Komissiyanın 6-ci iclasının gündəliyinə iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, ticarət və investisiya, enerji, rəqəmsal inkişaf və nəqliyyat, səhiyyə, mədəniyyət, elm və təhsil, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək, məşğulluq və sosial müdafiə, islam məsələləri, turizm, gənclər və idman, siyasi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib.

Tədbirdə çıxış edən Samir Şərifov iki ölkə arsında iqtisadi və digər sahələrdə əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu qeyd edib.

O, tədbir iştirakçılarına Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən quruculuq işləri barədə məlumat verib. Səudiyyə Ərəbistanı şirkətlərini azad olunmuş ərazilərin bərpasında və yenidən qurulmasında iştiraka dəvət edib.

Komissiyanın iclasında qeyd olunub ki, koronavirus pandemiyası ötən il ölkələrimiz arasında ticarət əlaqələrinə mənfi təsir göstərsə də, 2021-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi 47,3% artıb.
Müzakirələrin yekunu olaraq həmsədrlər Müştərək Komissiyanın 6-cı iclasının Protokolunu imzalayıblar. 

Günün ikinci yarısında Müştərək Komissiya öz işini biznes forum çərçivəsində davam etdirib, əməkdaşlıq imkanları müzakirə olunub, hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO