Azərbaycanda kənd təsərrüfatı sektoru 3,8% artıb

Azərbaycanda kənd təsərrüfatı sektoru 3,8% artıb

Hazırda oxunan: Azərbaycanda kənd təsərrüfatı sektoru 3,8% artıb

50818

2021-ci ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8,612 mlrd. manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Sözügedən göstərici ötən ili eyni dövrü ilə müqayisədə 3,8% artıb.

Kənd təsərrüfatınında istehsalın 4233 mlrd. manatı heyvandarlıq, 4,380 mlrd. manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı isə 4,8% artıb.

Bitkiçilikdə kənd təsərrüfatı məhsullarının yığımı başa çatmaq üzrədir.

2021-ci il dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 3 349,1 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% çox dənli və dənli paxlalı bitkiçilik məhsulları, o cümlədən 572,3 min hektar sahədən 1 885,4 min ton buğda yığılıb.

Ölkə üzrə buğdanın orta məhsuldarlığı 32,9 sentner təşkil edib.

Heyvandarlığa gəldikdə isə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2% artaraq 507,3 min ton, süd istehsalı 1,4% artaraq 1 999,3 min ton, yun istehsalı 0,1% artaraq 16 min ton, barama istehsalı 11,4% artaraq 497,4 ton, yumurta istehsalı isə 3,5% azalaraq 1 687,3 mln. ədəd təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO