Bu il 5 mindən çox şəxsə ipoteka krediti verildi

Bu il 5 mindən çox şəxsə ipoteka krediti verildi

Hazırda oxunan: Bu il 5 mindən çox şəxsə ipoteka krediti verildi

50803

2021-ci ilin əvvəlindən bugünədək Fondun vəsaiti hesabına 338,1 mln. manat məbləğində 5000-dən çox Azərbaycan vətəndaşına ipoteka, o cümlədən güzəştli ipoteka krediti verilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İpoteka və Kredit Zəmanət Fondu yayıb.

Mənbə yazır ki, bu, Fondun fəaliyyətə başladığı 2006-cı ildən etibarən ən yüksək göstəricidir.

"2020-ci ilin anoloji dövrü ilə müqayisədə verilmiş kreditlərin sayında 42,3% faiz artım müşahidə olunub. Ümumilikdə, bugünədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 978 mln. manatı, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 36 mini ötüb. 

Verilmiş kreditlərin 1334,6 mln. manatı adi ipoteka kreditlərinin, 643,9 mln. manatı güzəştli ipoteka kreditlərinin payına düşür.

Hazırda da ayrılmış limitlər çərçivəsində ipoteka kreditlərinin verilməsi həyata keçirilir, növbəti ildə də ötən dövrlərdə olduğu kimi bu proses davam etdiriləcəkdir", - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO