Baş nazir Əli Əsədov dekabrın 14-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava ilə görüşüb.
Nazirlər Kabinetindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi-ticari, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, energetika, rəqəmsal transformasiya və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
MÖVZU İLƏ BAĞLI:
Gürcüstanın iqtisadiyyat naziri sabah Bakıya gələcək
Bakıda keçirilən Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunun əhəmiyyətinə toxunulub, tədbirdə aparılan müzakirələrin və imzalanan sənədlərin üç ölkə arasında iqtisadi sahədə əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə edilib.
Bizim.Media