Azərbaycanda daha 4 faydalı qazıntı yatağı hərraca çıxarılır

Azərbaycanda daha 4 faydalı qazıntı yatağı hərraca çıxarılır

Hazırda oxunan: Azərbaycanda daha 4 faydalı qazıntı yatağı hərraca çıxarılır

50419

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən yanvarın 17-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Qəbələ rayonunda yerləşən “Bumçay”, “Dəmiraparançay”, “Tikanlıçay”, “Xırxatala” qum-çınqıl yataqlarının müvafiq olaraq 10, 10.5, 10, və 14 hektar sahələri hərraca çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 10 yanvar 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər toplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd olunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında və Özəlləşdirmə portalında tanış olmaq olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO