Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava dekabrın 13-də Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, səfərin məqsədi Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan biznes forumunda iştirak etməkdir.
İki gün davam edəcək forumda iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq. Həmçinin regional iqtisadi layihələrin perspektivləri müzakirə olunacaq.
Bununla yanaşı, Natia Turnava Azərbaycanın paytaxtında rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək.
Bizim.Media