Nazarbayevin Aİİ təklifinə Azərbaycanın cavabı nə olacaq? - Fərid Şəfiyevdən ÖZƏL ŞƏRH

Nazarbayevin Aİİ təklifinə Azərbaycanın cavabı nə olacaq? - Fərid Şəfiyevdən ÖZƏL ŞƏRH

Hazırda oxunan: Nazarbayevin Aİİ təklifinə Azərbaycanın cavabı nə olacaq? - Fərid Şəfiyevdən ÖZƏL ŞƏRH

0:00
0:00
50206

Nazarbayev Azərbaycanı Avrasiya İqtisadi İttifaqına müşahidəçi kimi dəvət etməyi təklif edib. Bu situatsiya nədən xəbər verir?

Yaranan bütün suallara cavab olaraq Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan üçün bu mövzuda nə siyasi, nə də iqtisadi dividendləri görmədiyini bildirib:

"Vaxtaşırı bu məsələ gündəmə gəlir. Azərbaycan ilk növbədə baxmalıdır ki, burada iqtisadi dividendlər nədən ibarətdir. Təbii ki, hər bir ittifaqa hətta müşahidəçi qismində daxil olmaq müəyyən dərəcədə siyasi addımdır".

Bizim.Media-ya özəl açıqlamasında Fərid Şəfiyev siyasi müstəvidə də bununla Azərbaycanın əldə edəcəyi mənfəəti görmədiyini əlavə edib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədrinin fikrincə, hansısa ittifaqa qoşulmazdan əvvəl bunun iqtisadi və siyasi plusları araşdırılmalıdır. O ki qaldı Avrasiya İqtisadi İttifaqına:

"Zaman-zaman müxtəlif Rusiya ekspertləri Azərbaycanın sözügedən ittifaqa qoşulmasını təklif edir. Bu dəfə təklifi Nazarbayev səsləndirib. Mesaj ölkəmizə yaxın bir şəxsdən gəlib. Amma mən yaxın zamanlarda bu məsələ ilə bağlı Azərbaycanın hər hansı bir qərar qəbul edəcəyini gözləmirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO