“Əgər sahibkar istehsal və ticarətdə düzgün strategiya qurursa, dövlət strukturlarından şikayətlənməyə heç bir səbəb qalmır. Bəzən bizim xırda və orta sahibkarlarımız bir anın içində, istənilən vasitə və yolla iri biznesin sıralarına qatılmaq istəyirlər. Bəzən bərabər hüquqluluq və rəqabət qanunlarını pozurlar”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev yerli medialardan birinin “Biz daima xırda və orta sahibkarların şikayətlərini eşidirik.
Niyə iş adamları fiskal orqanlarından şikayətçidirlər?” sualını cavablandırarkən səsləndirib.
Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində hökumətin təqdim etdiyi güzəştlər əbədi deyil:
“Vaxt gəlir və bütün bu güzəştlər ləğv olunur. Başa düşün, istənilən güzəşt və imtiyaz ünvanlı olmalı və müəyyən dövr üçün nəzərdə tutulmalıdır. Əks halda sahibkarlar bu güzəştlərdə parazitlik edərək dövlətin daimi imtiyazlarına öyrəşəcəklər. Biznes həmişəlik dövlətin boynunda otura bilməz, əks halda bu, inkişafa yox, deqradasiyaya aparacaq”.
Səfər Mehdiyev iş adamları ilə bütün problemləri müzakirə etməyə hazır olduğunu da deyib:
“Təkrar edirəm, əgər iş adamı gömrük strukturlarında problemlə üzləşibsə, onları şəxsən dinləməyə və günahkarı cəzalandırmağa hazıram. Mənim qapılarım iş adamlarının hamısı üçün açıqdır”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:27 / 10.12.2021
Səfər Mehdiyev: “İş adamlarını şəxsən dinləməyə və günahkarları cəzalandırmağa hazıram”
Hazırda oxunan: Səfər Mehdiyev: “İş adamlarını şəxsən dinləməyə və günahkarları cəzalandırmağa hazıram”
Hazırda oxunan: Səfər Mehdiyev: “İş adamlarını şəxsən dinləməyə və günahkarları cəzalandırmağa hazıram”
50023
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.