Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda sosial sığorta üzrə daxilolmalar 3 433,1 milyon manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 118,8 milyon manat təşkil edib.
Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunlar proqnozlardan müvafiq olaraq 9,9% və 8,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 8% və 9% çoxdur.
Sosial sığorta daxilolmalarının 2 193,8 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu, proqnozdan 13,1%, 1 il əvvələ nisbətən isə 14,7% çoxdur.
İşsizlikdən sığorta daxilolmalarının isə 87,9 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu isə proqnozdan 10,3%, illik müqayisədə isə 15,3% çoxdur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:10 / 10.12.2021
Azərbaycanda sosial və işsizlikdən sığorta daxilolmaları artıb
Hazırda oxunan: Azərbaycanda sosial və işsizlikdən sığorta daxilolmaları artıb
Hazırda oxunan: Azərbaycanda sosial və işsizlikdən sığorta daxilolmaları artıb
49985
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.