Azərbaycanda bəzi tibbi arayışlar pullu olacaq - TƏFƏRRÜAT

Azərbaycanda bəzi tibbi arayışlar pullu olacaq - TƏFƏRRÜAT

Hazırda oxunan: Azərbaycanda bəzi tibbi arayışlar pullu olacaq - TƏFƏRRÜAT

49981

“Bir sıra arayışlar sığorta hesabına pulsuz, bəziləri isə ödənişli olacaq”.

Bizim.Media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bu haqda informasiyanı İcbari Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Səbinə Quliyeva yayıb.

Mənbə deyir ki, bundan sonra bəzi arayışlara görə rüsum ödəniləcək. Rüsumların məbləği İcbari Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırda müəyyənləşdirilir.

İki ilə yaxın müddətdir ki, tətbiq edilən və 2 500-dən çox ödənişsiz xidməti özündə ehtiva edən Xidmətlər Zərfinə bir çox arayışların verilməsi də daxil ediləcək. Gələcəkdə Xidmətlər Zərfi çərçivəsində verilən arayışların sayı artırılacaq.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayından etibarən Azərbaycanda Nazirlər Kabineti tərəfindən Xidmətlər Zərfi təsdiq edilib. Həmin zərfə daxil olan tibbi xidmətlər tam ödənişsiz həyata keçirilir. Arayışlar haqqında məlumat da məhz bu zərfə daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO