2022-ci ildə 3 manatlıq DÖVRİYYƏYƏ buraxılacaq? – Mərkəzi Bankdan AÇIQLAMA

2022-ci ildə 3 manatlıq DÖVRİYYƏYƏ buraxılacaq? – Mərkəzi Bankdan AÇIQLAMA

Hazırda oxunan: 2022-ci ildə 3 manatlıq DÖVRİYYƏYƏ buraxılacaq? – Mərkəzi Bankdan AÇIQLAMA

49860

Bu gün ölkədə iri nominallı pulların xırdalanması ilə bağlı problem yaşanır. Bu baxımdan 3 manatlıq əskinasların tədavülə buraxılması məsələsi yenidən aktuallaşıb. Azərbaycanda faktiki olaraq nominal pul vahidi 1 və 5 manatlıqdır. Xırda kağız pul sarıdan isə çətinlik var.

Əmək haqqı, pensiya və müavinətləri böyük əskinaslarla alan vətəndaşlar onları yalnız iri supermarket və yanacaqdoldurma məntəqələrində xırdalada bilirlər.

Kiçik market və bazarlarda, taksiyə, avtobusa pul verərkən, ödəmə terminllarına pul köçürərəkən, eləcə də digər ödəmələr zamanı 20, 50, 100 manatlıq pulları xırdalamaq mümkün olmur. 

İlk dəfə bu təkliflə Milli Məclisin deputatı Yevda Abramov çıxış etmişdi. O, iri əskinasların xırdalanmasının çətin olduğunu əsas gətirərək,  daha kiçik, konkret isə 3 manatlıq əskinasın buraxılmasına ehtiyac  olduğunu bildirmişdi. 

Ekspertlər isə kiçik biznes üçün yalnız 1 manatlıq əskinaslar deyil, həm də 2 və 3 manatlıq pul vahidlərinin də dövriyyədə olmasını məqsədəuyğun hesab edirlər. 

Söyləntilərə görə növbəti ildə 3 manatlıq  əskinaslar çap ediləcək və istifadəyə buraxılacaq.  

MÖVZU İLƏ BAĞLI:


Elman Rüstəmov: “Manata necə əmr etmək olar, o azaddır!”

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev sözügedən məsələnin gündəmdə olmadığını deyib.

Onun sözlərinə görə Mərkəzi Bank pul dövriyyəsi və istehlak bazarında tələbə uyğun olaraq, əskinasların dövriyyəsini tənzimləyir. Əskinasların kuporları, yəni onların göstəriciləri də pul dövriyyəsində tələbə uyğun olaraq tənzimlənir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO