İran Azərbaycanla elektrik şəbəkəsini sinxronizasiya etməyə hazırlaşır

İran Azərbaycanla elektrik şəbəkəsini sinxronizasiya etməyə hazırlaşır

Hazırda oxunan: İran Azərbaycanla elektrik şəbəkəsini sinxronizasiya etməyə hazırlaşır

49782

İran ölkənin elektrik şəbəkəsinin Azərbaycan və Rusiya şəbəkələrinə qoşulmasına hazırdır.

Bizim.Media xəbər verir ki, bunu İranın energetika naziri Əli-Əkbər Mehrabian Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə ilə görüşdə deyib.

O bildirib ki, ölkəsi İran və Azərbaycan arasında elektrik mübadiləsinin inkişaf etdirilməsinə və davam etdirilməsinə hazırdır:

“İran, Azərbaycan və Rusiya arasında elektrik əməkdaşlığı üzrə araşdırma aparılıb və İran bu ölkələrlə elektrik şəbəkəsini sinxronlaşdırmağa hazırdır. Yay və qışda bu ölkələrin fərqli pik istehlakı dövrləri səbəbindən müxtəlif vaxtlarda ölkələrin elektrik ehtiyaclarını ödəmək üçün elektrik tranzitini artırmaq mümkündür”.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayında ilk dəfə İran İraqın milli elektrik şəbəkəsi ilə enerji şəbəkəsini sinxronizasiya edib və indi Enerji Nazirliyi Rusiya və Azərbaycanın elektrik şəbəkələrini İran şəbəkələri ilə birləşdirməyi planlaşdırır.

R.Ardakaniyanın sözlərinə görə, İran və Rusiyanın güc şəbəkələrinin sinxronlaşdırılması üçün iki mümkün marşrut var, bunlardan biri Ermənistan və Gürcüstan vasitəsilə, digəri isə Azərbaycan vasitəsilədir.

Azərbaycan vasitəsilə marşrut hazırda daha çox məqbuldur və İran bu ölkəyə daha çox meyllidir, çünki Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə 2019-cu ilin fevral ayında keçirilən görüşdə Ardakanian iki ölkənin elektrik şəbəkələrinin sinxronlaşacağını açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO