Koronavirusdan sonra bizi hansı BƏLA gözləyir? – “Dünya iqtisadi ŞOK keçirəcək” 

Koronavirusdan sonra bizi hansı BƏLA gözləyir? – “Dünya iqtisadi ŞOK keçirəcək” 

Hazırda oxunan: Koronavirusdan sonra bizi hansı BƏLA gözləyir? – “Dünya iqtisadi ŞOK keçirəcək” 

49482

BMT rəsmisinin açıqlamasına görə, pandemiya inkişaf etməkdə olan ölkələrdə 1,7 trln. dollarlıq əlavə ehtiyac yaradıb (qlobal maliyyə aktivlərinin həcmi tarixi maksimuma – 317 trln. dollara çatıb, lakin aktivlərin 80%-i inkişaf etmiş ölkələrdədir və yalnız 1,1%-i inkişaf etməkdə olan ölkələrin davamlı inkişaf məqsədlərinə ayrılıb). 

Bəs mövzu ilə bağlı Azərbaycandakı vəziyyət necədir və “əlavə ehtiyac nədir”?

Bizim.Media suala cavab tapmaq üçün iqtisadçı alim Emin Qəribli ilə əlaqə saxlayıb. Ekspert əlavə ehtiyacın yaranmasının qlobal problemlərdən biri olduğunu açıqlayıb.

Pandemiya ilə əlaqədar “lokdaun” – məhududlaşmanın qarşısını almaq üçün büdcədən pullar ayrılıb. İnsanlar isə işləmədən həmin vəsaiti əldə ediblər. Bu isə dünyada qlobal infilyasiyaya səbəb olub:

“İnfilyasiya da qiymət artımına gətirib. İndi nə baş verir? İnkişafda olan ölkələrdə ikiqat problem yaranıb. Zəif ölkələrdə müvafiq resurslar, insanların təminatı üçün imkanlar yoxdur. Yəni durumlarının pis olduğu halda qiymətlər də artır. Yoxsulluq çoxalır və ölkələr arasında fərq durmadan böyüyür. 

Pandemiyaya görə dünyada nə baş verir? 

Son illər zəngin dövlətlər durmadan artır, rifah yaxşılaşır, yoxsul insanlar da azalıb. Və nəticədə belə deyək, qeyri-zəngin ölkədə biri yarasa yeyir və bu, bütün dünyaya təsir edir. Bugünkü qlobal dünyada elə yaşayırıq ki, hazırda tədbirlər görülməsə, fəsadlar bütün planetimizə təsir edəcəkdir”. 

Emin Qəriblinin fikrincə, yoxsul ölkələrin təminatı ilə məşğul olunmasa, xoşagəlməz əks-sədaları olacaq. Amma dünya durduqca bu problem var. Azərbaycana gəlincə:
“Şükürlər olsun ki, bizim dövlətimizin bu baxımdan müvafiq resursları var idi və biz özümüzü təmin edə bildik”.

İqtisadçı alim Türkiyə misalı da gətirib:

“Sözügedən məsələ devalvasiya və digər problemləri də yaradır. Bəzi ölkələr külli miqdarda pul xərcləməli olublar və müvafiq maliyyə resursları tükənməyə başlayıb. Bu gün Türkiyəni tənqid edirlər, amma son illərə baxsaq, onların ixracatı dəfələrlə artmağa başlayıb. Amma mənfi tərəfi odur ki, devalvasiya baş verdi. Zənnimcə, iqtisadiyyatın özü müqavimət göstərir və bazar institutları yaranmağa başlayır. Türkiyə öz resursları əsnasında bu durumdan çıxa bilir. Amma yoxsul ölkələr bunu bacarmır. Azərbaycanda bazar institutları bir az zəif olduğuna görə, dövlətin yardımına ehtiyac var. İnkişafda olan ölkələrdə bu sarıdan problemlər mövcuddur. 

Amma ABŞ-da bazar institutlarının olmasına baxmayaraq, Amerika da trilyonlarla pul ayırdı. Orada yaşayanlar deyirlər ki, “ştatlarda zənginlər daha çox varlandı, yoxsullar lap kasıbladı”.

Müsahibimizin vurğulayıb ki, sonuncu nümunənin fonunda inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olanlar arasında da fərq artmaqdadır. Bu isə gələcəkdə qlobal problemlər yarada bilər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO