“ƏDV-ni geri al” kampaniyasına gələn il ediləcək dəyişikliklərin SİYAHISI

“ƏDV-ni geri al” kampaniyasına gələn il ediləcək dəyişikliklərin SİYAHISI

Hazırda oxunan: “ƏDV-ni geri al” kampaniyasına gələn il ediləcək dəyişikliklərin SİYAHISI

49237

“ƏDV-ni geri al kampaniyası çərçivəsində gələn aydan tətbiq ediləcək dəyişikliklərlə əlaqəli müraciətlər barədə qeyd etmək istərdik ki, “Vergi Məcəlləsi”nin 165-ci “Verginin sıfır (0) dərəcəsi ilə tutulması” maddəsinə bir sıra dəyişikliklər edilib. Artıq bu dəyişikliklər ötən cümə günü Milli Məclis tərəfindən təsdiq olunub”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov “Facebook” hesabında yazıb.

MÖVZU İLƏ BAĞLI:

Xəstəxana xərclərinə görə də ƏDV qaytarılacaq - RƏSMİ


Deputat bildirib ki, yeni dəyişikliklərə əsasən, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq. Əvvəllər yalnız bu istisna neft və qaz məhsullarına tətbiq olunurdu.

Bununla yanaşı, habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin də bir hissəsi gələn ildən etibarən geri qaytarılacaq.

“Digər dəyişiklik yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlıdır. Belə ki, yeni dəyişkiliyə əsasən, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir”, - deyə Vüqar Bayramov vurğulayıb.

Qeyd edək ki, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.

Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO