Tehran rəsmisi: “Üçtərəfli müqavilə İranın qaz problemini həll edəcək”

Tehran rəsmisi: “Üçtərəfli müqavilə İranın qaz problemini həll edəcək”

Hazırda oxunan: Tehran rəsmisi: “Üçtərəfli müqavilə İranın qaz problemini həll edəcək”

0:00
0:00
49159

Türkmənistan, İran və Azərbaycan arasında qaz müqaviləsi ilə İran qaz probleminin böyük hissəsini həll edəcək.

Bizim.Media xəbər verir ki, bunu İranın Prezident Aparatının rəhbəri Qulamhüseyn İsmaili IRIB-ə açıqlamasında deyib. 

Q.İsmailinin sözlərinə görə, Azərbaycan Türkmənistandan qaz satın almaq və İran vasitəsi ilə svop etmək üzrə razılaşma əldə etdi.

İran Türkmənistanla Azərbaycan arasında qazın svop edilməsi üzrə heç bir vəsait almayacaq və əvəzində şərq vilayətlərinin qazını təmin edəcək: 

“Azərbaycan və Türkmənistan arasında qaz razılaşmasında İranın payına uyğun olaraq, bundan sonra soyuq fəsillərdə İranın şimal vilayətlərində qazın təzyiqinin aşağı düşməsi problemi yaşanmayacaq” - deyə o bildirib. 

İranlı rəsmi deyib ki, İranın hazırkı administrasiyasının siyasətlərindən biri digər ölkələrlə münasibətlər qurmaq, diplomatiyanı aktivləşdirmək və qonşu ölkələrə diqqət yetirməkdir. Bu baxımdan İƏT-in XV zirvə toplantısında müxtəlif sahələrdə bu təşkilata üzv ölkələrlə iqtisadi münasibətlərin inkişaf etdirilməsi diqqət mərkəzində durdu. 

Onun sözlərinə görə, ticarət və enerji sahələri, həmçinin rəqəmsal iqtisadiyyat və müxtəlif platformalar haqda İƏT üzvləri və qonşu ölkələrlə müzakirələr aparılıb. Zirvə toplantısının kənarında Pakistan, Türkmənistan, Azərbaycan, Türkiyə və Özbəkistan prezidentləri ilə ikitərəfli görüşlər həyata keçirilib.

Bu görüşlərdə ikitərəfli məsələlər araşdırılıb:

“Təəssüflər olsun ki, son illərdə İranda qonşu ölkələr unudulub. Qonşu ölkələrlə bir sıra yaxşı anlaşmalar əldə olundu, misal üçün Türkmənistan tərəfi İran və Türkmənistan arasında qaz problemlərinin həllinə maraqlı olduğunu nümayiş etdirdi” - deyə o bildirib. 

Qeyd edək ki, 28 noyabrda Türkmənistan paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının kənarında ildə 1,5-2 milyard kubmetr Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana svop edilməsi üzrə Azərbaycan və İran prezidentlərinin iştirakı ilə üçtərəfli müqavilə imzalanıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO