Torpaqların kateqoriyasının dəyişdirilməsi qaydası açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Pay torpaqlarının dürüstləşdirilmə işləri aparılır
Bildirilib ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi dövlət mülkiyyətində olan torpaqlara münasibətdə - aidiyyəti dövlət təşkilatları və ya müvafiq yerli icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə-müvafiq bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə-torpaq mülkiyyətçiləri tərəfindən müvafiq sənədlər və aidiyyəti qurumların rəyləri təqdim olunmaqla Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmaqla həyata keçirilir.
Bizim.Media