Füzulidə karantin nöqtələri yaradılır

Füzulidə karantin nöqtələri yaradılır

Hazırda oxunan: Füzulidə karantin nöqtələri yaradılır

0:00
0:00
48924

“Azərbaycandan diri heyvan və heyvan mənşəli məhsullarının ixracının təşkil edilməsi məqsədi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bir hissəsində heyvan xəstəliklərindən azad zonanın yaradılması üzrə işlər aparılır”.

Bizim.Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nun “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” panelində deyib.

Onun sözlərinə görə, bu işləri Kənd Təsərrüfatı Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirir.

“İndiki halda Füzuli rayonu ərazisində giriş karantin nöqtələri yaratmaqla əraziyə gətirilən bütün heyvanların identifikasiya edilməsi, baytarlıq norma və qaydaları gözlənilməklə yerləşdirilməsi və saxlanmasının həyata keçirilməsi planlaşdırılır”, - deyə nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO