Xaricdən alış-veriş edənlərə limit 100 dollara ENDİRİLİR? – Gömrük Komitəsindən AÇIQLAMA

Xaricdən alış-veriş edənlərə limit 100 dollara ENDİRİLİR? – Gömrük Komitəsindən AÇIQLAMA

Hazırda oxunan: Xaricdən alış-veriş edənlərə limit 100 dollara ENDİRİLİR? – Gömrük Komitəsindən AÇIQLAMA

48906

Son vaxtlar, xüsusilə pandemiya dövründə insanlarda elektron ticarətə maraq artıb. Malın idxalına ödənən pul yerli bazardan alınan malın dəyərindən az olduğundan xaricdən sifarişlər çoxalıb. 

Qaydalara əsasən, fiziki şəxslər ay ərzində xaricdən 300 ABŞ dolları (510 manat) dəyərində malı idxal gömrük vergiləri və rüsumu ödəmədən ala bilər.

MÖVZU İLƏ BAĞLI:

Xaricdən alış-veriş edənlərə PİS XƏBƏR – Limit 100 dollara endirilə bilər

Yəni, vətəndaş artıq internet üzərindən hansısa xarici mağazadan 300 dollardan baha olan malı alarsa, 36 faiz gömrük rüsumu ödəməlidir.

Halbuki daha əvvəl fiziki şəxslər xaricdən 800 dollar müqabilində malı gətirə bilirdilər. Ötən il bu limit 300 dollara endirildi. İndi isə 100 dollara qədər azaldılacağı bildirilir. 

Ehtimal edilir ki, gömrük gəlirlərindəki azalmanı zəiflətmək üçün hökumət güzəşt məbləğini bir qədər də endirəcək. Məbləğin MDB ölkələrinin təcrübəsinə əsaslansaq 100-200 dollar həddinə salınacağı proqnozlaşdırılır. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov hökumətin bu barədə rəsmi qərarının olmadığını deyib:

“Kimsə götürüb özünün beyin məhsulunu yazıb. Gündəmdə belə bir şey yoxdur. Biz icraedici orqanıq. Bu məsələ Nazirlər Kabinetinin 305 saylı qərarı ilə tənzimlənir. Yəni hər şey hökumətin rəsmi qərarı ilə tənzimlənir. Hal-hazırda isə Nazirlər Kabinetinin belə bir qərarı yoxdur. Özüm də belə bir informasiya ilə rastlaşdım və mənə də gülməli gəldi”. 

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə büdcə prosesində belə bir məsələyə rast gəlinməyib:

“Daha çox fiskal, rüsumlar və bu kimi gəlir yaradan mənbələr adətən büdcə prosesində müzakirə mövzusu olur. Sözügedən məsələ ilə bağlı son dəyişiklik 2020-ci ilin sentyabrında olub.
O zaman da dəyişiklik olunarkən çox ciddi ictimai qınaqla qarşılandı.

Şəxsən özüm də bu dəyişikliyin əleyhinəyəm və bənzər məlumatla bağlı  yenidən addım atılarsa, bu gün də o fikirdəyəm. Bu gün faktiki olaraq Azərbaycan cəmiyyəti pandemiyanın təzyiqləri altında alıcılıq gücünü sürətlə itirən və davamlı olaraq yüksək inflyasiya fonunda yoxsullaşmaqda olan bir cəmiyyətdir.

Belə bir şəraitdə ailə büdcələrinin daha optimal idarə edilməsi imkanlarının məhdudlaşdırılmasına çalışmaq əslində yoxsulluğu dəstəkləmək deməkdir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO