Azərbaycan banklarına 100,7 milyon dollar satıldı

Azərbaycan banklarına 100,7 milyon dollar satıldı

Hazırda oxunan: Azərbaycan banklarına 100,7 milyon dollar satıldı

48769

Dekabrın 2-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə banklar üçün növbəti valyuta hərracı keçirilib.

Bizim.Media-nın AMB-nin saytına istinadən verdiyi məlumata görə, hərracda bankların valyutaya tələbi 100,7 milyon dollar təşkil edib və tam ödənilib.

Hərracın nəticəsində manatın dollara nisbətən orta çəkili məzənnəsi 1 dollar üçün 1,7 manat təşkil edib.

Qeyd edək ki, AMB 2017-ci ilin yanvar ayından rəqabətli şəraitdə valyutanın birtərəfli satışı yolu ilə valyuta hərraclarının keçirilməsinə başlayıb.

Ötən ilin martında neftin qiymətinin kəskin ucuzlaşmasına səbəb olan OPEC+ sazişinin iflasa uğraması fonunda əhalinin valyutaya tələbatının artması ilə əlaqədar növbədənkənar valyuta hərraclarının keçirilməsi qərara alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO