Azərbaycanın mədəniyyət naminə sülh təşəbbüsünə qoşulan TƏŞKİLATLARIN ADLARI

Azərbaycanın mədəniyyət naminə sülh təşəbbüsünə qoşulan TƏŞKİLATLARIN ADLARI

Hazırda oxunan: Azərbaycanın mədəniyyət naminə sülh təşəbbüsünə qoşulan TƏŞKİLATLARIN ADLARI

0:00
0:00
48743

"BMT-nin Sivilizasiyalar alyansı və ISESCO Azərbaycanın mədəniyyət naminə sülh təşəbbüsünə qoşulub”.

Bizim.Media xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında səsləndirib.

Onun sözlərinə görə, digər təşkilatlar da təşəbbüsə maraq göstərir, o cümlədən, Beynəlxalq Türk Mədəniyyət Fondu da bu təşəbbüsə qoşulmaq istəyir.

Nazir əlavə edib ki, ki, təşəbbüsün məqsədi postkonflikt vəziyyətlərindən sonra mədəniyyətin dirçəlməsi və qorunması üçün davam sülhün təmin edilməsidir:

"Davamlı sülh olduğu yerdə davamlı inkişaf olur. Mədəniyyət canlanır və inkişaf edir. Qarabağda da məhz bunu istəyirik. Artıq 3 beynəlxalq təşkilat təşəbbüsü dəstəkləyir. Prezident İlham Əliyev də bu ideyaya böyük dəstək verir. Bu ideyanın gerçəkləşməsi üçün ayrıca maliyyə də ayrılıb. İndi isə planımız tərəfdaş təşkilatlarla 5 illik fəaliyyət planı tərtib etməkdir. 5 il ərzində bu ideyanın kağızda yox, əməldə icra edilməsinə nail olmaq istəyirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO