Türk Dövlətləri Təşkilatının elan olunması, Azərbaycan, Türkiyə və Türkmənistan arasındakı yaxınlaşmalar hər 3 ölkənin sakinləri arasında müəyyən suallar yaradıb:
Aşqabadın Bakı və Ankara ilə yaxınlaşmasının iqtisadi plusları nədən ibarətdir? Yaxud bu, yubanmış Nabukkonun Zəngəzur dəhlizi fonunda reallaşmasıdırmı?
Suallara aydınlıq gətirmək üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovla əlaqə saxladıq.
MÖVZU İLƏ BAĞLI:
Elman Rüstəmov: “Manata necə əmr etmək olar, o azaddır!”
Deputat Bizim.Media-ya özəl şərhində qeyd edib ki, Azərbaycanla Türkiyə arasında hər zaman strateji əməkdaşlıq müşahidə olunub.
İki ölkə arasında iqtisadi əlaqələr də inkişaf edir. Aşqabaddakı açıqlamalar, gözləntilər də ondan xəbər verir ki, sözügedən əməkdaşlıq növbəti illərdə daha da güclənəcək. Millət vəkilinin sözlərinə görə, Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük tərəfdaşıdır.
Zəngəzur dəhlizini yaxından dəstəkləyən ölkələrdən biri də Türkiyədir. Zəngəzur dəhlizinin reallaşması onun Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə inteqrasiyasına xidmət edəcək:
“Nabukko qaz kəməri layihəsi olaraq nəzərdə tutulmuşdu. Amma Nabukkonun deyil, Cənub Qaz Dəhlizinin reallaşmasını müşahidə etdik. Ona görə də indiki halda Cənub Qaz Dəhlizi aktiv olduğuna görə, Nabukkonun yenidən reallaşması məsələləri müzakirə olunmur. Amma Zəngəzur koridoru Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə inteqrasiya olunduğu üçün daha geniş nəqliyyat dəhlizlərinə çıxış imkanı əldə edəcək. Bir də Azərbaycan və region üzrə daşınan yüklərin artmasına gətirib çıxaracaq”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:57 / 02.12.2021
“Nabukkonun yenidən reallaşması müzakirə olunmur” - Vüqar Bayramov
Hazırda oxunan: “Nabukkonun yenidən reallaşması müzakirə olunmur” - Vüqar Bayramov
Hazırda oxunan: “Nabukkonun yenidən reallaşması müzakirə olunmur” - Vüqar Bayramov
48723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.