Bir barel neftin qiyməti gələn il 125, 2023-cü ildə isə 150 dollara çata bilər.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “J.P. Morgan Chase & Co” şirkəti yayıb. Mənbə yazır ki, bu, “OPEC+”ün neft bazarının “nəbzini möhkəm tutması” ilə bağlıdır.
Bankın ekspertləri hesab edirlər ki, saziş tərəfləri “ehtiyatları aşağı səviyyədə, balanslaşdırılmış bazarda saxlamaqla müdafiə edəcəklər və digər tədbirlərlə öz əlverişli mövqelərini qoruyacaqlar.
Cümə günü WTI markası üçün müqavilələr üzrə kotirovkalar 13%, Brent üçün isə demək olar ki, 12% ucuzlaşdı ki, bu da COVID-19 pandemiyasının ilk günlərindən bəri rekord gündəlik eniş idi. Yeni omikron ştammı bu çaxnaşmaya səbəb oldu. İnvestorlar qorxurlar ki, ölkələr yenidən məhdudiyyətlər tətbiq edəcək və bu, qlobal iqtisadi artım tempinin azalmasına səbəb olacaq.
Bütün bunlar cümə günü - Birləşmiş Ştatlarda Şükran Günündən bir gün sonra ləng ticarətlə özünü biruzə verdi.
JPMorgan hesab edir ki, OPEC+ üzvləri gələn ilin əvvəlində hasilatın artım tempini aşağı salacaq və neftin qiymətləri ciddi “dəstək” ala bilməyəcək”, İnterfaks yazır.
Analitiklərin fikrincə, gündəlik hasilatda 250 min bareldən çox artım olamayacaq (bunu koronavirusun yeni ştammı ilə əlaqələndirirlər).
Onların hesablamalarına görə, 2022-ci ildə “OPEC+”ün real ehtiyat gücü təqribən 2 milyon barel olacaq. Bu da konsensusun təxminindən əhəmiyyətli dərəcədə aşağıdır.
Bizim.Media