Ağdam Sənaye Parkı elektrik enerjisi və su ilə təchiz edildi - RƏSMİ

Ağdam Sənaye Parkı elektrik enerjisi və su ilə təchiz edildi - RƏSMİ

Hazırda oxunan: Ağdam Sənaye Parkı elektrik enerjisi və su ilə təchiz edildi - RƏSMİ

48376

Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər mərhələli şəkildə həyata keçirilir və artıq Sənaye Parkında sosial zonanın təşkili yekunlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, parka ayrılmış 190 hektar ərazinin 74 hektarı artıq minalardan təmizlənib, elektrik enerjisi və su təchizatı sistemi qurulub.

Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb.

Əraziyə 10 kV-luq elektrik xətti çəkilib və 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb.

İşğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO