Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) xətti ilə Azərbaycan dövlət büdcəsinə daxilolmaları 3,56 milyard manata bərabər olub.
Bizim.Media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) hesabatında bunun ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artım olduğu qeyd edilib.
MÖVZU İLƏ BAĞLI:
Ehtiyac meyarı NƏDİR, ləğv olunsa, NƏ BAŞ VERƏCƏK? - Elman Sadıqovun TƏHLİLİ
Hesabat dövründə gömrük rüsumlarından daxilolmalar 974,352 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz çoxdur.
Hesabat dövründə DGK dövlət büdcəsinə daxilolmalar üzrə proqnozu 111,73 faiz yerinə yetirib. Bu müddət ərzində dövlət büdcəsinə proqnozdan əlavə 373,75 milyon manat vəsait köçürülüb.
Bizim.Media