“Apple” şirkəti nasaz “iPhone”ları geri çağırır

Hazırda oxunan: “Apple” şirkəti nasaz “iPhone”ları geri çağırır

48028

“Apple” şirkəti nasaz “iPhone 12” mobil telefonları geri çağırır.

Bizim.Media xəbər verir ki, bununla bağlı xüsusi proqram işə salan şirkət artıq səslə əlaqədar nasazlığı olan smartfonların qəbuluna başlayıb.

Səslə bağlı nasazlıqdan ilk növbədə Birləşmiş Ərəb Əmirliklərindən olan istehlakçılar şikayət ediblər.

“Apple” şirkətindən problemin “iPhone 12” və “iPhone 12 Pro”nun çox az sayda telefonlarında müşahidə edildiyi bildirilib. Qeyd olunub ki, mobil telefondakı audio problemlər qəbuledici modulun komponentində baş verən nasazlığından yarana bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO