“Fitch Ratings” İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini qiymətləndirib

“Fitch Ratings” İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini qiymətləndirib

Hazırda oxunan: “Fitch Ratings” İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətini qiymətləndirib

47820

25 noyabr 2021-ci il tarixində “Fitch Ratings” agentliyi tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (Fond) fəaliyyətinin növbəti qiymətləndirilməsi həyata keçirilib. 

Bizim.Media Fondun məlumatına istinadən xəbər verir ki, Agentliyin qiymətləndirməsinə əsasən, Fondun  uzunmüddətli xarici və yerli valyutada reytinqi ölkə reytinqinə bərabər “BB+/stabil” səviyyəsində təsdiq edilib.

Reytinqin “BB+” səviyyəsində (proqnoz “stabil”) təsdiq olunması əsas etibarilə Fondun  dövlətə məxsus olması, yaradıldığı  gündən etibarən fəaliyyətinə dövlət tərəfindən ciddi nəzarət olunması və davamlı dəstəklənməsi, Fondun ölkənin sosial-iqtisadi siyasətində strateji əhəmiyyətə malik olması ilə əlaqədardır.

Agentlik Fondun qeyri-kommersiya missiyasına baxmayaraq, onun yüksək maliyyə dayanıqlılığını, aktivlərin keyfiyyətini, məqbull likvidlik mövqeyini xüsusi qeyd edib.

Agentlik hesab edir ki, orta müddətli dövrdə də Fond  maliyyə dayanıqlığını, portfelin yüksək keyfiyyəti və likvidliyini qoruyub saxlayacaqdır.

“Fitch Ratings” agentliyi 2009-cu ildən etibarən Fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO