Azərbaycanda 6 sahibkar vergilərdən azad olundu - SİYAHI

Azərbaycanda 6 sahibkar vergilərdən azad olundu - SİYAHI

Hazırda oxunan: Azərbaycanda 6 sahibkar vergilərdən azad olundu - SİYAHI

47803

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. 

Bizim.Media Agentliyə istinadən bildirir ki, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 25-ə çatıb.

“Startap” şəhadətnaməsi "Buta Vending" MMC-nin avtomatlaşdırılmış ticarət köşklərinin istehsalı və satışı, "Cusperco" MMC-nin xidmət təhcizatçıları üçün “www.azdo.az” platforması, "Payriff" MMC-nin onlayn ticarət üçün “www.payriff.com” ödəniş aqreqatoru, fərdi sahibkar Əliağa Ağayevin səhiyyə müəssisələri üçün proqram təminatı, "Oxuyan" MMC-nin onlayn imtahanların təşkili üzrə “www.oxuyan.az” platforması və fərdi sahibkar Fərid Fərmanovun biznes subyektlərində elektron idarəetmənin təşkili üçün bulud tipli proqram təminatı “www.bein.az” layihəsi üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO