8 şəhid ailəsinin evi qazla təmin edildi

8 şəhid ailəsinin evi qazla təmin edildi

Hazırda oxunan: 8 şəhid ailəsinin evi qazla təmin edildi

47428

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 8 şəhid ailəsinin evini qazla təmin edib.

Bizim.Media bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Xaçmaz rayonunun Rəhimoba kəndində yaşayan şəhid ailələri "Azəriqaz"ın baş direktoru Ruslan Əliyevə müraciət edərək fərdi yaşayış evlərinin qazlaşdırılmasını xahiş ediblər.

Baş direktorun göstərişi ilə İstehsalat Birliyinin Xaçmaz Regional qaz istismarı İdarəsinin Xaçmaz xidmət sahəsi həmin müraciətin icrası istiqamətində işlərə başlayıb.

Qısa müddətdə hər bir fərdi yaşayış evi təbii qazla təmin edilib və sayğac quraşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO