Manat əmanətləri artdı, dollar əmanətləri azaldı – Mərkəzi Bank

Manat əmanətləri artdı, dollar əmanətləri azaldı – Mərkəzi Bank

Hazırda oxunan: Manat əmanətləri artdı, dollar əmanətləri azaldı – Mərkəzi Bank

47422

Azərbaycanda fiziki şəxslərin banklarda saxlanılan əmanətlərində milli valyutada olan əmanətlərin mövqeyi möhkəmlənməkdədir.

Bizim.Media Mərkəzi Bankın statistik bülleteninə istinadən xəbər verir ki, oktyabr ayının sonunda milli valyutadakı əmanətlər 5 milyard 43,4 milyon manat, xarici valyutadakı əmanətlər 3 milyard 844 milyon manat olub. Manat əmanətləri 58,3 milyon manat artıb, xarici valyutadakı əmanətlər isə 9 milyon manat azalıb.
 

MÖVZU İLƏ BAĞLI:

Nə qədər vaxtı keçmiş dollar kreditləri var? – Mərkəzi Bank sayı açıqladı


Cəmi əmanətlərin 56,7%-i milli valyutada, 43,3%-i xarici valyutada olub.

Ötən ilin sonunda bu nisbətlər müvafiq olaraq 49,3% və 50,7% idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO