Nağdsız ödənişlərin həcmi 8 milyard manatı keçdi

Nağdsız ödənişlərin həcmi 8 milyard manatı keçdi

Hazırda oxunan: Nağdsız ödənişlərin həcmi 8 milyard manatı keçdi

47314

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.

Bizim.Media Mərkəzi Bankın məlumatına istinadən bildirir ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 10 ayı ilə müqayisədə 73% artıb.

2021-ci ilin 10 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 8 milyard 370 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5 milyard 218 mln.manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 3 milyard 120 mln. manatı POS-terminallar, 32 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.

Oktyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34 %-ni təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO