Gələn ilin büdcəsində sosial xərclərə 14 milyard manat ayrılacaq

Gələn ilin büdcəsində sosial xərclərə 14 milyard manat ayrılacaq

Hazırda oxunan: Gələn ilin büdcəsində sosial xərclərə 14 milyard manat ayrılacaq

0:00
0:00
47280

Gələn il dövlət büdcəsində yalnız sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılması nəzərdə tutulur. Bu baxımdan gələn ilin büdcəsində mühüm məqamlardan biri də Azərbaycanda sosial xərclərin ÜDM-də payının artmasıdır.

Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov parlamentin bu gün keçirilən iclasında səsləndirib.

O qeyd edib ki, ölkəmizdə gələn il sosial xərclərin ÜDM-də payı 16 faizdən çox olacaq. Bu isə hətta bir sıra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə müqayisədə daha yüksək göstəricidir:

"Məsələn, sosial xərclərin ÜDM-də payı Niderlanda 16.0 %, İrlandiyada 13.4 %, Koreyada 12.6 %, Çilidə 12.2 %, Türkiyədə12.0 %, Meksikada 7.5 fazidir. Qeyd edim ki, OECD ölkələri üçün orta göstərici 20 faizdir. Azərbaycan bu göstərici üzrə OECD ortalamasına yaxınlaşmaqdadır. Adambaşına düşən büdcə xərci gələn il cari məzənnə ilə 1757 dollar olacaq və göstəriciyə görə Azərbaycan əksər MDB ölkələrini geridə qoyacaq", - deyə deputat vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO