Energetika naziri Cənubi Koreyalı rəsmilərlə görüşdü – “Yaşıl enerji”dən danışıblar - FOTO

Energetika naziri Cənubi Koreyalı rəsmilərlə görüşdü – “Yaşıl enerji”dən danışıblar - FOTO

Hazırda oxunan: Energetika naziri Cənubi Koreyalı rəsmilərlə görüşdü – “Yaşıl enerji”dən danışıblar - FOTO

47260

Energetika naziri Pərviz Şahbazov Cənubi Koreyanın Prezident yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, iki ölkə arasında iqtisadi-ticarət münasibətlərin, o cümlədən energetika üzrə əməkdaşlığın hazırkı səviyyəsindən bəhs edən nazir P.Şahbazov bu səfərin enerji sahəsində potensial imkanların reallaşdırılmasına töhfə verəcəyini bildirib. 

“Dövlət başçısı bərpa olunan enerjinin inkişafına xüsusi diqqət yetirir. Sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi “yaşıl artım” ölkəsinə çevrilmək və təmiz ətraf mühitə nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması üçün mühüm strateji vəzifələr müəyyənləşdirilib. Bu istiqamətdə atılan addımlar bərpa olunan enerji üzrə hədəflərimizə yüksək dəstəyi təmin edəcək”, deyə nazir əlavə edib. 

Çong Soo Park isə ölkəsinin yeni şimal siyasəti barədə məlumat verərək, siyasətin əhatə etdiyi 14 ölkə sırasında Azərbaycanın coğrafi olaraq ən uzaqda yerləşməsinə baxmayaraq, iki ölkəni sıx münasibətlərin birləşdirdiyini qeyd edib. 
 

O, Cənubi Koreyanın enerji siyasəti, bərpa olunan enerji mənbələrindən istifadə və ətraf mühitin qorunması istiqamətində görülmüş işlər haqqında danışıb.


Ölkəsində “yaşıl enerji”, o cümlədən hidrogen enerjisi sahəsində fəaliyyət göstərən tanınmış şirkətlərin olduğunu bildirən sədr, bu istiqamətdə Azərbaycanın hədəflərinin Koreya şirkətləri ilə əməkdaşlıq üçün potensialı yaratdığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO