Azərbaycanla Rusiya arasında RAZILAŞMA - QADAĞALAR LƏĞV EDİLDİ

Azərbaycanla Rusiya arasında RAZILAŞMA - QADAĞALAR LƏĞV EDİLDİ

Hazırda oxunan: Azərbaycanla Rusiya arasında RAZILAŞMA - QADAĞALAR LƏĞV EDİLDİ

46932

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında Moskvada keçirilən görüşdə bir sıra məhdudiyyətlərin aradan qaldırılması və idxal-ixrac prosedurlarının sadələşdirilməsi istiqamətində qərarlar qəbul edilib.

Bizim.Media xəbər verir ki, pomidor istehsalı təsərrüfatlarına ixrac icazəsinin verilməsi ilə əlaqədar Rusiya tərəfindən aparılan videomonitorinqlər ləğv olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Pusiyaya pomidor ixrac edən neçə şirkətimiz var? – Sayları ARTACAQ


Bununla da cari ilin 1 dekabr tarixindən etibarən pomidor istehsalı müəssisələrinə "Rosselxoznadzor"un ixrac icazəsi birbaşa AQTA-nın zəmanət məktubuna əsasən veriləcək.

Həmçinin, aşağı riskli bitkiçilik məhsulları müəyyən edilərək, Rusiyaya ixrac zamanı fitosanitar nəzarəti baxımından yaşıl dəhlizə salınması təmin olunacaq.

Bununla yanaşı, Agentlik tərəfindən həyata keçirilmiş ekspertizalar nəzərə alınaraq, cari il dekabr ayının 1-dən etibarən ixrac olunan bitkiçilik məhsullarının hər partiyasının virus və bakteriya mənşəli xəstəliklərə görə yoxlanılması dayandırılmaqla yalnız fitosanitar zərurət yarandığı halda laborator müayinələrə cəlb olunacaq. Agentlik mütəxəssisləri tərəfindən təsərrüfatlarda həyata keçirilən monitorinqlər və ilkin laborator ekspertiza nəticələri yetərli hesab ediləcək ki, bu da sahibkarların əlavə vaxt və vəsait itkisinin qarşısını alacaq.
 

Rusiya ilə sərhəddə müşahidə olunan sıxlığın aradan qaldırılması məqsədilə cari il dekabr ayının 1-nə qədər müvafiq qurumların sədr müavinləri səviyyəsində Dağıstan Respublikasının “Yaraq-Kazmalar” keçid məntəqəsində görüşlər keçiriləcək.


Aparılmış danışıqlar nəticəsində dəmir yolu vasitəsilə pomidor və alma məhsullarının daşınmasının 2022-ci il aprel ayının 1-dək uzadılmasına baxmayaraq, AQTA tərəfindən həyata keçirilən fitosanitar tədbirləri nəzərə alaraq, həmin müddətin Azərbaycan tərəfindən təqdim edilən zamanadək artırılmasına dair razılığa gəlinib.

Bu yanaşma “Azərbaycan Dəmir Yolları” QSC-nin bitki mənşəli məhsulların beynəlxalq standartlara cavab verən konteynerlər vasitəsilə daşınmasını təmin etməyə imkan verəcək.

Qeyd edək ki, indiyədək Rusiya Federasiyasına 205 pomidor (ixrac proqnozu 360,133 ton), 70 alma (ixrac proqnozu 153,397 ton) təsərrüfatından məhsul ixracına icazə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO