Səfər Mehdiyev:

Səfər Mehdiyev: "Büdcə öhdəliyini 110-111 faiz yerinə yetirəcəyik"

Hazırda oxunan: Səfər Mehdiyev: "Büdcə öhdəliyini 110-111 faiz yerinə yetirəcəyik"

46809

"Cari ilin 10 ayı ərzində gömrük orqanlarının xətti ilə 3 milyard 185 milyon manat proqnoza qarşı 3 milyard 560,3 milyon manat olmaqla, 375,3 milyon manat artıq gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib və 10 aylıq büdcə öhdəliyi 111,78 %yerinə yetirilib".

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində  Dövlət Gömrük Komitəsinin(DGK) sədri Səfər Mehdiyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Səfər Mehdiyev: "Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 112 % əməl edib"


DGK sədri əlavə edib ki, gömrük orqanları tərəfindən toplanaraq dövlət büdcəsinə köçürülən vergi və rüsumların məbləği ölkə ərazisinə xarici dövlətlərdən idxal olunan malların həcmindən bilavasitə asılıdır.

Səfər Mehdiyev əlavə edib ki, DGK-nın 2021-ci ildə büdcə öhdəliyinin 110-111 % yerinə yetirilməsini gözlənilir:

"Bu ilin 10 ayı ərzində idxal mallarının həcmində artımın müşahidə olunması ilə Dövlət Gömrük Komitəsi (DGK) üçün 2021-ci ildə qanunla müəyyən edilmiş illik 3 milyard 900 milyon manat büdcə öhdəliyinin təxminən 110-111 faiz yerinə yetirilməsi gözlənilir"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO