Vergi Məcəlləsində gəlir vergisi üzrə hansı güzəştlər nəzərdə tutulur? – DƏYİŞİKLİK

Vergi Məcəlləsində gəlir vergisi üzrə hansı güzəştlər nəzərdə tutulur? – DƏYİŞİKLİK

Hazırda oxunan: Vergi Məcəlləsində gəlir vergisi üzrə hansı güzəştlər nəzərdə tutulur? – DƏYİŞİKLİK

0:00
0:00
46641

Məlum olduğu kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisə təqdim olunub. Qanunvericiliyə təklif edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq olunması, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və s. istiqamətləri əhatə edir.

Bizim.Media xəbər verir ki, qanun layihəsi ilə bağlı müzakirələr davam etdiyindən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təklif olunan bəzi əsas dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.

Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması istiqamətində verilmiş təkliflərdən biri də müəssisənin və fərdi sahibkarın fəaliyyətinin ləğvi ilə əlaqədar işdən çıxarılmaya görə, habelə işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq olaraq ödənilən təminatların gəlir vergisindən azad edilməsidir.

Təklif olunan dəyişikliyə əsasən, vergi ödəyicisinin ləğvi və işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə uyğun olaraq ödənilən təminatların fiziki şəxslərin gəlir vergisindən azad olunması nəticəsində həmin məbləğlər vətəndaşlar tərəfindən vergi tutulmadan əldə ediləcək.

Gəlir vergisi ilə əlaqədar Vergi Məcəlləsinə təklif edilmiş digər bir dəyişiklik fiziki şəxsin vergi güzəştinin həmin fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanması ilə bağlıdır. 

Təklif edilən dəyişiklik isə müvafiq güzəşt hüququ olan şəxsin bu hüququndan sənədlərin işəgötürənə təqdim edilmə tarixindən asılı olmayaraq əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanmasını nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO