Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən bildirir kio, 2021-ci il noyabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 3 milyon 317,3 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox dənli və dənli paxlalı bitkiçilik məhsulları, o cümlədən 572,3 min hektar sahədən 1 milyon 885,4 min ton buğda yığılıb.
Ölkə üzrə buğdanın orta məhsuldarlığı 32,9 sentner təşkil edib.
Bundan əlavə,
kartof - 1 milyon 7 min ton - keçən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz çox, tərəvəz - 1 milyon 706 min ton - 6,4 faiz çox
bostan məhsulları - 459,9 min ton - 2,6 faiz çox,
meyvə və giləmeyvə - 1 milyon 24 min ton - 8,1 faiz çox,
üzüm - 201,2 min ton - 3,8 faiz çox,
yaşıl çay yarpağı - 1 milyon 130 ton - 28 faiz çox,
pambıq - 184 min ton - 20,9 faiz az,
günəbaxan - 26 min ton - 4,2 faiz çox,
şəkər çuğunduru - 162,1 min ton - 8,3 faiz az
tütün - 5,7 min ton - 0,7 faiz çox yığılıb.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:07 / 17.11.2021
Bu il aqrar məhsullarımız bol olub - RƏSMİ
Hazırda oxunan: Bu il aqrar məhsullarımız bol olub - RƏSMİ
Hazırda oxunan: Bu il aqrar məhsullarımız bol olub - RƏSMİ
46376
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.