Azərbaycanda əhalinin sosial rifahı niyə aşağı düşür? – Deputatdan ŞƏRH

Azərbaycanda əhalinin sosial rifahı niyə aşağı düşür? – Deputatdan ŞƏRH

Hazırda oxunan: Azərbaycanda əhalinin sosial rifahı niyə aşağı düşür? – Deputatdan ŞƏRH

46293

“2021-ci ildə əhalinin gəlirləri ilə inflyasiya arasında fərq çox böyükdür. Ölkədə inflasiya 6%, əhalinin gəlirləri 2,4 %-dir. Bu da əhalinin sosial rifahını aşağı salır”

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin "2022-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcəyə daxil olan digər məsələlərə həsr olunmuş plenar iclasında millət vəkili Əli Məsimli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan əhalisinin gəlirləri artıb - 50 MİLYONA ÇATIR...


“Gələn ilin əmək haqqlarının 8% artımı nəzərdə tutulur, inflasiya isə 4% -ə düşməsi gözlənilir Süni qiymət artımından danışan deputat bildirib ki, buna ən çox məmur monopoliyası səbəb olur.

“Məmur monopoliyası orta hesabla Azərbaycan büdcəsinə 2 milyard manat ziyan vurur. Bu süni bahalaşma inflasiyası yaradır. Monopol inflyasiyanın qarşısı alınmalıdır.

Bu pullar monoplis məmurların ciblərinə axmamalı, əhalinin rifahının yaxşılaşmasına sərf olunmalıdır. Onun üçün korrupsiyaya qarşı mübarizə gücləndirilməli, proseslər şəffaf aparılmalıdır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO