Qarabağ Dirçəliş Fondunda “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirildi – FOTO

Qarabağ Dirçəliş Fondunda “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirildi – FOTO

Hazırda oxunan: Qarabağ Dirçəliş Fondunda “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirildi – FOTO

0:00
0:00
46121

Noyabrın 13-ündə Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində aparılan işlərdə “Yüksəliş” müsabiqəsinin finalçılarının potensialından yararlanmaq, Qarabağın inkişafına, tərəqqisinə töhfə verə biləcək təklifləri və mühüm təşəbbüsləri dəyərləndirmək məqsədilə fikir mübadiləsi görüşü keçirib.

Bizim.Media xəbər verir ki, görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Gənclər və İdman nazirinin müavini, "Yüksəliş" İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev və “Yüksəliş” müsabiqəsinin qalib və finalçıları iştirak edib.

Giriş nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayan Rəhman Hacıyev, Qarabağ Dirçəliş Fondunun (QDF) yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, dəyərləri və Fondun Müşahidə Şurası tərəfindən təsdiq edilən strategiyaya uyğun olaraq həyata keçirilən fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Tədbir zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Karabakh.Center” layihəsinin materialları əsasında hazırlanan, dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” videoçarxı nümayiş olunub.

Daha sonra Gənclər və İdman nazirinin müavini, "Yüksəliş" İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev milli kadr ehtiyatının zənginləşdirilməsi və formalaşdırılması üçün mühüm layihə olan “Yüksəliş” müsabiqəsinin məqsəd və vəzifələri, eləcə də gələcək planları barədə məlumat verib.

Görüşdə müsabiqə iştirakçıları tərəfindən Qarabağ bölgəsinin sürətli bərpasına töhfə vermək məqsədilə informasiya texnologiyaları, təhsil, qida sənayesi, kənd təsərrüfatı, energetika və ekologiya məsələlərini əhatə edən ümumilikdə 15 layihə təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO