Azərbaycanla Türkiyə arasında yeni əməkdaşlıq sənədləri imzalandı - FOTO

Azərbaycanla Türkiyə arasında yeni əməkdaşlıq sənədləri imzalandı - FOTO

Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında yeni əməkdaşlıq sənədləri imzalandı - FOTO

46061

Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) çərçivəsində Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb.

Bizim.Media xəbər verir ki, bunlardan biri yol xəritəsidir ki, ona Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyənin Müstəqil Sənayeçi İş Adamları Dərnəyinin (MÜSİAD) rəhbəri Mahmud Asmalı imza atıb.

Bundan başqa, Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Türkiyənin İstanbul şəhərinin Dövlət - Özəl Sektor Tərəfdaşlığı Kamillik Mərkəzinin sədri Eyup Vural Aydınla Dövlət-Özəl Tərəfdaşlığı üzrə Niyyət Protokolu, Azərbaycanın “Gənc Sahibkarlar Şəbəkəsi Assosiasiyası” İctimai Birliyinin sədri Xaliq İldırımzadə Türkiyənin “Gənc MUSİAD” təşkilatının sədri Furkan Akballa əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO