Yeni kassa aparatları ilə 12,5 milyard manatlıq məhsul satılıb

Yeni kassa aparatları ilə 12,5 milyard manatlıq məhsul satılıb

Hazırda oxunan: Yeni kassa aparatları ilə 12,5 milyard manatlıq məhsul satılıb

45858

Azərbaycanda bu günədək 49 548 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti xəbər yayıb. 

Məlumata görə, NKA-lardan istifadə daha şəffaf hesablaşmaların aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2021-ci ilin yanvar-oktyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 12,5 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO